A24 Xeber

Xaçmazda DƏHŞƏTLİ CİNAYƏT! Kişi məşuqəsini baltaladı – FOTO

Xaçmazda DƏHŞƏTLİ CİNAYƏT! Kişi məşuqəsini baltaladı – FOTO
727
27 Mart 2017 - 14:50
Bu gün Xaçmazın Şimali kəndində kişi məşuqəsini baltalayıb. Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, hadisəni törədən 38 yaşlı Samir Qaçıyev bir müddət əvvəl Gülnaz Ələkbərovanın  qızını qaçırıb və üç gündən sonra geri qaytarıbmış. Gülnaz Ələkbərova bu gün səhər saatlarında Samirin yaşadığı evə gələrək onunla mübahisə edib. İndi polis və prokurorluq əməkdaşları 47 yaşlı Gülnaz Ələkbərovanın Samir Qaçıyevlə münaqişəsinin əsl səbəblərini araşdırır. Onların şəxsi yaxınlıqlarının olub-olmadığı da bu araşdırmalar nəticəsində məlum olacaq. Artıq Xaçmaz polisi özündən 10 yaş  böyük qadına balta zərbələri endirmiş Samir Qaçıyevi saxlayıb.
Qeyd edək ki, hadisə haqqında ilkin məlumatlarda baltalanan şəxsin Samir Qaçıyevin məşuqəsi olduğu bildirilir.
Faktla bağlı Xaçmaz prokurorluğunda cinayət işi açılıb.
(moderator.az)
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00