Xaçmazın girişindəki qeyri-adi abidənin mənası nədir? - TELEFONLA DANIŞAN QIZ - FOTO

Xaçmazın girişindəki qeyri-adi abidənin mənası nədir? – TELEFONLA DANIŞAN QIZ – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri Xaçmaz rayonun girişində inşa olunmuş abidədir. Abidə ayağını ayağının üstündən aşırıb telefonla danışan müasir qıza həsr edilib. Sosial şəbəkədə bu abiə ilə bağlı rayon rəhbərliyini, abidənin ideya müəllifləri kəskin tənqid olunub. Bəziləri müasirliyi telefonla danışan xanımlarla asossasiya edilməyin xüsusi məqsəd daşıdığını, bəziləri isə dövlət büdcəsindən pul qoparmaq məqsədi daşıdığını yazır.

Saytımıza heykəlin fotosunu yollayan Xaçmaz sakini abidənin nəyin simvolu olduğunu bilmək istəyir.

A24.Az xəbər verir ki, heykəlin memarı Ələddin Qasımov abidənin hansı məna daşıdığından xəbərsiz olduğunu dedi. Memar bildirir ki, abidənin ideya müəllifi o deyil. Ələddin Qasımov bu işdə icraçı işini həyata keçirib. O üzdən telefonla danışan qızın hansı mesaj verdiyini, nəyin simvolu olduğunu deyə bilmir.
Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanovun A24.Az -a verdiyi məlumata görə abidə müasirliyin simvoludur: “Burda nə var ki, qızdı, telefonla danışır. Texnologiyanın inkişaf etdiyi bir vaxtdır. Onun yerində zibilxana var idi. O yeri abadlaşdırdıq. Xaçmazın giriş hissəsində yerləşir. Hazırda baxın görün Azərbaycanın neçə rayonunda abadlıq işləri gedir? Biz Xaçmazda böyük saat qurğusu inşa etdirdik. Telefonla danışan qızın heykəlin ətdafında abadlıq işləri davam edəcək”.

Telefonla danışan qızın incəsənət, memarlıq baxımdan əhəmiyyətinə gəlincə Bəxtiyar Osmanov bildirdi ki, bu abidədə problem axtarmaq lazım deyil: “Xaricdə elə heykəllər var ki, üstündə fontan qurulub. Fontanın suyunun heykəlin harasından axdığını telefonda deyə bilmərəm”.

Yazıçı Cəlil Cavanşir məsələyə fərqli yanaşır: “Bu heykəl əyalətdəki məmurların nə qədər bisavad, müasirlikdən xəbərsiz olmasının göstəricisidir. Standart məmur tipləri kreativlikdən uzaq, dünyada gedən mədəni proseslərdən xəbərsiz olduğu üçün onların gördüyü işlər də keyfiyyətsiz, məzmunsuz və mənasızdır.  Əgər Xaçmaz rayon rəhbərliyi müasir heykəltaraşlığı, müasir mədəniyyəti bilsəydilər, nəticədə belə məzmunsuz bir heykəli rayonun girişinə qoymazdılar. Bu heykəl hansısa müasir tendensiyanı, inkişafı simvolizə etmir. Bu heykəl ən yaxşı halda hansısa kabinet məmurunun allah bilir neçənci katibəsini, sevgilisini simvolizə edə bilər. Bu adamların zövqünün bundan artıq inkişaf etdiyinə inanmaq çətindir”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Eksklüziv, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar