Xalq artisti tanınmış yazarın intihar cəhdindən yazdı: “…lənət olsun”

Xalq artisti tanınmış yazarın intihar cəhdindən yazdı: “…lənət olsun”
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi tanınmış yazar Cəlil Cavanşir şəxsi sosial şəbəkə hesabından canlı yayım edərək damarlarını kəsib və intihara cəhd edib.

“A24.az” xəbər verir ki, yazarın canlı yayımda intihara cəhd etməsi sosial mediada və şəbəkələrdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Bununla bağlımünasibət bildirən xalq artisti Faiq Ağayev yazar Cəlil Cavanşirin canlı yayında intihar etməsi qınayan insanları sərt şəkildə tənqid edib.

“Nə qədər murdar, məhv olmağa layiq olan məxluqatlar varmış aramızda, İlahi!

Cəlil Cavanşirin özünəqəsd yayımına baxa bilməmişdim, tədbir idarə edirdim. Dostlarım xəbər verdi, yarım dəqiqəlik kənara çəkilib, dərhal rəy yazdım ki – “etməyin!”.
Baş verənləri anlamırdım da açığı, düşündüm ki, bəlkə bir sənət “performance”dır bu, düşünülmüş “göstəri”dir, intihar cəhdi deyil.
Ancaq indi o görüntülərə rast gəldim.
Ürəyim ağradı…

Heç cür haqq da qazandırmıram Cəlilə. Sevdiyim ədib, dərin bir insandır. Qəti etməməli idi.

Amma…
Rəylərə baxıram – “tırka” verən kim, heyvancasına “adə, hırrey” anqıran kim.
Tfu! Lənət olsun!

Əslində, bir acı həqiqət var.

Kütləni, əyri-əskiklərinə göz yumub, yalnız tərifləyəndə, meydana bax belə cəhənnəm varlıqları, nainsanlar çıxır.
Dəyəri, mənəviyyatı, düşüncəsi, dərrakəsi “0”- (sıfrdan mənfi) olanlar özünü cəmiyyətin tamhüquqlu üzvləri sanıb, hərəkətləri ilə toplumumuzu İnsan, Xalq, Millət anlayışlarıından iraq salırlar.
Onlar mütləq tapılmalı, təxirəsalınmaz şəkildə aşkar olunmalı və “intihara təhrik” maddəsi ilə cəzalandırılmalıdırlar.
KİV-lərdə geniş işıqlandırma şərti ilə!”.

Bizimyol.info

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar