Xalq artistinin direktor əri: “Brilliant Dadaşova həyat yoldaşım olmasaydı...” - FOTO

Xalq artistinin direktor əri: “Brilliant Dadaşova həyat yoldaşım olmasaydı…” – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin “Publika.az”a müsahibə verib.

Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı olan Ədalət Hacıyev xanımı və oğlu Cahadla bağlı verilən sualları da cavablandırıb.

“A24.az” müsahibənin həmin hissəsini təqdim edir:

– Şübhə etmirik ki, teatra qayğıkeş yanaşan insan həm də gözəl atadır. Oğlunuz yaradıcı ailədə böyüyüb. Nə əcəb oğlunuzu incəsənətə yönləndirmədiniz?

– Oğlum ali təhsilini Türkiyədə alıb. Beynəlxalq münasibətləri bitirib. İngilis dilini, fizika və riyaziyyat kimi elmləri yüksək səviyyədə bilir. Onun uşaqlıdan incəsənətə marağı olmayıb. Uşaq vaxtı musiqi duyumu olmadığı üçün oynaya bilmirdi, Brilliantla birlikdə ona baxıb gülürdük.

– Sərt atasınız?

– Qətiyyən. Bəzən özünü elə aparır ki, elə bil mən onun oğluyam, o, isə mənim atamdır. Cahad mənə yaşamağı öyrədir.

– İcazənizlə həyat yoldaşınız Brilliant xanım haqqında sual vermək istərdim.

– Buyurun.

– Brilliant xanım və siz Azərbaycanın görkəmli simalarısinız, həm də nümunəvi ailəsiniz. Bir-birinizə yetəri qədər zaman ayıra bilməyəndə, bu, aranızda mübahisələrə səbəb olmur ki?

– Öz işini yüksək səviyyədə görən hər bir sənətçiyə qiymət verirəm. Brilliant Dadaşova mənim həyat yoldaşım olmasaydı da, bir sənətçi kimi ona sonsuz hörmətim olardı. Çünki o, həqiqətən əsl sənətkardır.

Tanınmış insanlar ailəsi ilə çox vaxt keçirə bilmir. Münasibətlərimizin möhkəm olmasına oğlum çox kömək edir. Yəqin ki, ailəmizin uğurlu olmasının başlıca səbəbi oğlumdur. Cahadın çox gözəl yumor qabiliyyəti var. İkimizin arasında baş verən mübahisələri yumora çevirir və beləcə yaranmış gərginliyi aradan qaldırır. Ən çətin vəziyyətdə belə oğlum ikimizi də güldürə bilir.

Hər bir çıxışından sonra Brillianta psixoloji sakitlik lazımdır ki, xərclədiyi enerji və gücü bərpa olunsun. Bu enerjini o, kənardan ala bilməz, evində harmoniya olmalıdır ki, gücünü toplaya bilsin. Sənət nümayəndələri çox həssas olur. Adi bir baxış onları ruhdan sala, yaxud da adi bir gül dəsti onları göyləri qaldıra bilər.

Ümumiyyətlə, kimin ki, evində normal şəraiti varsa, bu, özünü səhnədə göstərir. Brilliant da elə adamdır ki, həyatında baş verən hər hadisə üzündə dərhal əks olunur. Əgər evində narahatçılıq hökm sürürsə, çıxıb oxuya, gülə və tamaşaçıya müsbət emosiyalar ötürə bilməyəcək.

– Necə düşünürsünüz, ailədə qadının, yoxsa kişinin sevgiyə ehtiyacı var? Siz bu işin öhdəsindən gələ bilirsiniz?

– İndi qadınlar da kişilər kimi ağır işlərdə çalışır, onlar eyni dərəcədə əziyyət çəkirlər. qadın və kişi hüquqları bərabərləşib. Amma qadınlar başa düşmür ki, hüquqları bərabərləşdikcə məsuliyyətləri də artır.

Anam evdar xanım olub. Atam işdən evə gələndə anam çalışırdı ki, xoş sözlərlə, pürrəngi çayla onun yorğunluğu azaltsın. İndi bütün gün işdə olan qadının ərinin qayğısına qalmağa taqəti olmur.

Məsələn, Brilliant xanım konsertdən sonra, yaxud da mən 400 adamın iştirak etdiyi premyeradan sonra bir-birimizə nə enerji ötürə bilərik, nə də ki, bir-birimizi sakitləşdirə bilərik. Belə məqamlarda biz oğlumuzdan güc alırıq.

– Baba olmaq arzusu oğlunuzu evləndirməyə tələsdirmir ki?

– Baba olmaq istəsəm də, gözləyirik və bu məsələyə qarışmamağa qərar vermişik. Başa düşürəm ki, qarışsaq, hər şeyi korlaya bilərik.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar