A24 Xeber

Xalqa xəbərdarlıq: prezidentin şəkli olan qəzet səhifəsi tualetdə istifadə olunmayacaq

Xalqa xəbərdarlıq: prezidentin şəkli olan qəzet səhifəsi tualetdə istifadə olunmayacaq
84
31 May 2018 - 16:04

Türkmənistan polisi ölkənin lideri Qurbanqulu Berdiməhəmmədovun şəkilləri olan qəzetlərdən tualet kağızı kimi istifadə edilməməsi üçün iş başına keçib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, artıq polis ümumi tualetlərdə və evlərdə axtarışa başlayıb. Bundan başqa məmurlara, zibil və tullantıların saxlandığı məkanlarda Berdiməhəmmədovun mundarlanmış şəkillərindən ibarət qəzet vərəqlərinın axtarılması üçün təlimat verib. Həmin məkanlarda xidmət edəcək özəl məmurlardan zibillikləri axtarması, üzəri mundarlanmış qəzetlərin aşkar edilərək abunəlik kodunun polisə bildirilməsi tələb edilib. Günahlandırılan insanlar “prezidentin imicinə xələl gətirdiyi” maddəsiylə cəza veriləcək.

Qeyd edək ki, Türkmənistanda qəzetlər məcburi abunəlik şərtləri ilə satılır.

“Novosti Turkmenistana” xəbər saytının dərc etdiyi məlumata görə, yeni qərarla bağlı cəza alacaq türkmənlərin sayı olduqca çox olacaq. Çünki iqtisadi böhrandan dolayı  xalq pulunu tualet kağızı almağa xərcləmir və qəzet səhifələrindən istifadə edir.

Lakin dərc edilən xəbərdə yer alan digər məlumata görə, türkmənlər məcburi şəkildə abunə olduqları qəzetlərdən tualet kağızı kimi istifadə edir və həmin qəzetlərdə də Qurbanqulu Berdiməhəmmədovun şəkli olmayan səhifə tapmaq çətin məsələdir.

İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının məlumatına görə, Qurbanqulu Berdiməhəmmədov “dünyanın ən təzyiq göstərən” ölkələrindən birinə liderlik edir. Türkmənistan hökuməti ölkə başçısının imicini qorumaq üçün media və internetə də ciddi nəzarət edir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00