A24 Xeber

Xamenei Trampa səssiz qalmadı: “Necə axmaq sözlər dedi”

Xamenei Trampa səssiz qalmadı: “Necə axmaq sözlər dedi”
61
09 May 2018 - 15:36

İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxmasına münasibət bildirib.  

“A24.az” bildirir ki, o, Tehranın  Fərhəngiyan Universitetinin müəllim heyəti ilə görüşü zamanı ABŞ prezidenti Donald Trampı yalan söyləməkdə ittiham edib.

“Ötən  gecə eşitdiniz ABŞ prezidenti necə axmaq sözlər dedi. Onun sözlərində 10-dan çox yalan var idi. O həm İslami sistemi hədələdi, həm də xalqı. Mən İran xalqı adından deyirəm: Cənab Tramp, siz səhv edirsiniz. Biz deyirdik ki, ABŞ-ın İranla problemi nüvə enerjisi məsələsi deyil, bunlar bəhanədir, deyirdilər ki, yox, bu belə deyil. İndi gördülər ki, bu belə imiş. Biz Hərtərəfli Birgə Fəaliyyət Planını qəbul etdik, amma İranla düşmənçilik bitmədi. İndi də bizim regiondakı mövcudluğumuzu, raketlərimizi problemə çeviriblər. Əgər bunları da qəbul etsək, yenə də iş bitməyəcək, başqa bir məsələni bəhanə edəcəklər. İlk gündən dəfələrlə demişəm ki, ABŞ-a etimad etməyin. Demişəm ki, əgər müqavilə imzalamaq istəyirsiniz, lazımi təzminatı alın və sonra saziş imzalayın. Dediyim şərtlərdən biri bu idi ki, ABŞ prezidenti şəxsən imzalamalıdır. Hörmətli məsul şəxslər zəhmət çəkdilər, bunun üçün çalışdılar, lakin bacarmadılar”, – deyə o vurğulayıb.

Ayətullah Xamenei deyib ki, ölkə rəsmiləri böyük sınaq qarşısındadır: “Bildirirlər ki, 3 Avropa ölkəsi ilə davam etdiririk. Mən bu 3 ölkəyə inanmıram. Siz də onlara inanmayın. Əgər razılıq əldə etmək istəyirsinizsə, təzminat alın. Yoxsa bunlar da ABŞ-ın etdiyini edəcəklər. Əgər tutarlı zəmanət ala bilməsəniz, Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəliyini yerinə yetirməyi davam etdirmək olmaz”.

Ayətullah Xamenei deyib ki, bir neçə gün öncə Tramp Körfəz ölkələrinin başçılarına məktub yazıb: “Həmin məktubda deyir ki, mən sizin üçün 7 trilyon dollar pul xərcləmişəm və siz bu işi görməlisiniz. Xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bacarmadın”.

Ayətullah Xamenei ABŞ prezidentinin bu hərəkətini iyrənc adlandırıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00