Xamneyi: Reyqan və Buş kimi Tramp da tarixdən silinib gedəcək

Xamneyi: Reyqan və Buş kimi Tramp da tarixdən silinib gedəcək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ xarici işlər naziri Mayk Pompeonun ölkəsinin nüvə müqavilədən geri çəkilməsi sonrası İran strategiyası ilə bağlı səsləndirdiyi fikirlərə İran prezidenti Həsən Ruhanidən sonra dini lider Ayətullah Əli Xamneyi də cavab verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İranda hər məsələ ilə bağlı son sözü demək hüququna malik olan dini lider Ayətullah Əli Xamneyi, Pompeonun açıqladığı ABŞ-ın yeni İran strategiyası ilə bağlı səsləndirdiyi ifadələrə qarşılıq olaraq cavab verib.

İran dövlət televiziyasından yayımlanan çıxışında Xamenei, ABŞ prezidenti Donald Trampın sələfləri eyni taleyi bölüşəcəyini, eynilə Reyqan və Buş kimi tarixdən silinib gedəcəyini dilə gətirib. ABŞ-ın inqilabın ilk günündən bəri Tehranda rejim dəyişikliyi üçün hər cür düşmənçiliyi tətbiq etdiyini, lakin hər dəfə məğlubiyyətə uğradığını bildirən Xamneyi İranlı rəsmilərin vəzifələrini düzgün yerinə yetirdikləri halda, heç şübhəsiz ki, Amerikalılar məğul olacaq”, deyə dini lider bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar