Xanım icra başçısı məsciddə – FOTOLAR

Xanım icra başçısı məsciddə – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Abşeron rayonundakı tarixi abidələrdən biri də Məmmədli məscididir. 18-ci əsrdə inşa edilmiş bu abidə keçmiş Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Sonuncu dəfə isə məscid 1984-cü ildə təmir olunub.

“A24.az”  xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Məmmədli kənd məscidinin vəziyyəti ilə yaxından tanış olub. Məscidin təmiri ilə əlaqədar müvafiq təşkilatlara göstəriş verilib. Bildirilib ki, tezliklə təmirlə bağlı layihə-smeta sənədləri hazırlanacaq. Təmir işləri zamanı məscidin ilkin görünüşünə xələl gətirməmək üçün mütəxəssislər cəlb ediləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar