Xar tutun bilmədiyimiz faydaları: Böyrək yağını əridir...

Xar tutun bilmədiyimiz faydaları: Böyrək yağını qidalandırır…
Want create site? Find Free WordPress Themes and plugins.

Yay aylarının ən ləziz və zəngin qidalarından biri də xar tutdur.

A24.Az xəbər verir ki, tutun bu növü böyrək yağını qidalandırır, boğazda iltihablanma, qızılca və su çiçəyi kimi xəstəliklərə faydalıdır.

Ağ və xar tut bəhməzi isə mədə-bağırsaqda olan bir çox xəstəliklərə müsbət təsir göstərir.

Xar tutun şəkər, təbii turşular, boya maddəsi, petkim və C vitamini kimi maddələrlə zəngin olduğu sübut edilib. Bu meyvələrdən alınan doşab, bəhməz, mürəbbə kimi məhsullar ürək zəyifliyinin, mədə-bağırsaq xəstəliklərinin müalicəsində kifayət qədər faydalı təsirlərini göstərir. Sidikqovucu təsiri olan bu qida növü qanın artırılmasında öz təsirini tez bir zamanda hiss etdirir. Hətta su ilə qarışdırılıb qarqara edildiyi zaman ağız içindəki iltihablara da kömək edir.

Eyni meyvənin bir digər növü sayılan ağ tutun isə qaraciyəri möhkəmləndirdiyi, mədə-bağırsağı fəaliyyətə gətirdiyi, sidikqovucu xüsusiyyətinin olduğu tibbdə sübut olunub.

Araşdırmalara görə ağ tutun yarpaqlarını qaynadıb içən şəxslərin bədənlərindəki hərarət aşağı düşür, böyrək yağını isə əridir. Ağ və xar tut meyvəsi bədəni ümumilikdə gücləndirir, qanı artırır, iştah açıcı xüsusiyyəti də var.

Xar tut, yəni qara tutun meyvə şəklində çiy olaraq istifadəsi ağızdakı və boğazdakı iltihablanmanı azaldır. Qara – xar tutun yarpaqları isə şəkər xəstələri üçün istifadə edilir.

Xəyalə Vaqif / A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar