A24 Xeber

Xaricdə təhsil alan 15 min gəncin diplomu tanınıb

Xaricdə təhsil alan 15 min gəncin diplomu tanınıb
43
26 Aprel 2018 - 13:57

“Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı bu günə qədər Təhsil Nazirliyinə edilən müraciətlərdən 15 mindən çoxuna müsbət cavab verilib, diplomların 3 mindən çoxu isə tanınmayıb”.

A24.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Təhsil Nazirliyi xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmamasının əsas səbəblərini də açıqlayıb.

 Nazirlikdən bildirilib ki, ali təhsil ixtisaslarının tanınması Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun həyata keçirilir: “Tanınmaya bu qaydalar çərçivəsində baxıldığı üçün təqdim olunan təhsil sənədləri həmin qaydalardan irəli gələn tələblər çərçivəsində olmadıqda onların tanınmasından imtina olunur. Aparılan təhlillər göstərir ki, məzunların ali təhsil ixtisaslarının tanınmasından imtina olunmasının əsas səbəbi onların ali təhsil müəssisəsinin tələb etdiyi tədris normativinə düzgün əməl etməmələri və tədris dili üzrə bilik səviyyələrinin olduqca aşağı olmasıdır”.
A24.Az 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00