A24 Xeber

Xarici diplomların təsdiqi ilə bağlı xəbər var

Xarici diplomların təsdiqi ilə bağlı xəbər var
129
10 Sentyabr 2018 - 9:56

Təhsil Nazirliyi xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlayıb.

“A24.az” xəbər verir ki, nazirlikdən verilən məlumata görə, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədilə dəyişikliklər həyata keçirilib.

Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, bütün tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib və eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi vətəndaşların istifadəsinə verilib:

“Vətəndaşların diqqətinə çatdırırıq ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə əldə etmək mümkündür. Eyni zamanda müraciətçilərin diqqətinə çatdırırıq ki, Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00