XƏBƏRDARLIQ: Bakının bu yollarında məhdudiyyətlər olacaq

XƏBƏRDARLIQ: Bakının bu yollarında məhdudiyyətlər olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan Respublikasi ilə dövlət sərhədi avtomobil yolunun 74-320 kilometrliyində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “A24.Az”averilən məlumata görə, bu səbəbdən yolda iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək isə Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, -deyə məlumatda vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar