A24 Xeber

Xəbəri oxuyan gözlərinə inanmadı – Elə bir yerdə narkotik satdı ki…

Xəbəri oxuyan gözlərinə inanmadı – Elə bir yerdə narkotik satdı ki…
37
03 İyun 2018 - 12:28

İstanbulda xəstəxanalardan birində narkotik maddənin satılması ilə bağlı polisə xəbər verilib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, polis müştəri adıyla narkotik maddə satan adamı ələ keçirib.

Özəl xəstəxanalrdan birində dializ müalicəsi alan T.E. adlı xəstə, həm də narkotik maddə satırmış. Bu barədə məlumat əldə edən polis müştəri adıyla xəstəxanaya gəlib və böyrək xəstəsi olan T.E.-dən narkotik almaq adıyla əlaqə qurub. 1411 nömrəli otaqda xəstəni tapan polislər alıcı rolunda ondan narkotik alıb və ona seriya nömrəsi olmayan pul veriblər. Alış-verişdən sonra polislər gerçək kimliklərini açıqlayıb və T.E.-ni nəzarət altına alıblar.

Araşdırma zamanı şübhəlinin əşyalarını qoyduğu siyirmədən və yastığın altından 31 paket halında 61 qram narkotik maddə ələ keçirilib. Lakin şübhəli xəstə olduğu üçün bölməyə aparılmayıb, yanında olan 2 yaxın yoldaşı isə saxlanılıb.

A24.az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00