Xərçəngə tutulan "TOPBUŞ bacı" ya həyat yoldaşından DƏSTƏK- FOTO

Xərçəngə tutulan “TOPBUŞ bacı” ya həyat yoldaşından DƏSTƏK- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib.

A24.Az xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib: “Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.

Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”. Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.

Xatırladaq ki, aktrisanın xərçəng xəstəliyinə yoluxması haqda aparıcı Hacı Nuran məlumat verib. O, Tünzalə ilə xəstəxanada çəkilmiş şəklini İnstaqramda paylaşaraq hər kəsdən ona kömək istəyib./Xəbərçi.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar