A24 Xeber

Xərçəngin müalicəsində YENİ METOD – Araşdırmalar var

Xərçəngin müalicəsində YENİ METOD – Araşdırmalar var
29
21 Aprel 2018 - 19:00

Xərçəngin metastaz etməsinə səbəb olan şiş hüceyrələri tapılıb.

A24.Az Türkiyə mediasına istinadən bildirir ki, yeni tapıntı belçikalı alimlərin axtarışları nəticəsində üzə çıxıb.

Araşdırmanı Azad Brüsel Universiteti, Katolik Leuven Universiteti və Erazm Xəstəxanasından olan 25 həkim aparıb.

Araşdırmalarda elm adamları xərçəngin müxtəlif mərhələlərdəki hüceyrələri ilə tanış olub və bədxassəli olanları 6 ayrı kateqoriyaya ayırıblar.

Şiş hüceyrələrinin genetik quruluşunu araşdıran tədqiqatçılar onların eyni xüsusiyyətə malik olmadıqlarını tapıblar.

Araşdırmadan əldə edilən nəticələr xərçəngin gələcəkdə müalicəsi üçün ümid ola bilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00