Xəstələr Azərbaycan nefti ilə Rusiyada müalicə olunacaq

Xəstələr Azərbaycan nefti ilə Rusiyada müalicə olunacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Naftalan neftinin istifadəsi ilə ilk sağlamlaşdırma prosedurları Rusiyada ilk dəfə Tümenin Vilayət Kliniki Xəstəxanasının Reabilitasiya Mərkəzində aparılacaq.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, xammal regiona Azərbaycandan tədarük olunur.

Mərkəzin müdiri Yuliya Nikolayeva TASS agentliyinə bildirib: “Mərkəzimizdə xüsusi neftin köməyi ilə 70-dən çox xəstəliyi müalicə edəcəyik. Yanmayan Naftalan neftinin istifadəsi ilə prosedur yalnız regionumuzdakı sanatoriyalarda aparılıb, indi isə bu müalicə üsulu xəstəxanamızda tətbiq olunacaq. Mərkəzdə stasionar müalicədə olan pasiyentlər üçün bu prosedur ödənişsiz olacaq”.

Onun sözlərinə görə, tibb işçiləri Naftalan nefti ilə müalicədən applikasiya və ultrasəs tətbiq qismində istifadə edəcəklər:

“Pasiyentlərin müalicəsində təmizlənmiş Naftalan neftinin istifadəsi sümük-əzələ sistemi xəstəliklərindən, ağrı sindromundan xilas edir, bərpa və regenerasiya proseslərini sürətləndirir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar