A24 Xeber

Xəstəxanadan rəsmi açıqlama: Nəbzi qayıtdığı iddia edilən Səbinə Mirzoyeva… – Yenilənib

Xəstəxanadan rəsmi açıqlama: Nəbzi qayıtdığı iddia edilən Səbinə Mirzoyeva… – Yenilənib
1. 992
03 Aprel 2018 - 15:19

Baku Medical Plaza məşhur ginekoloq Səbinə Mirzoyevanın ölümünü təsdiqləyib.

Bu barədə “A24.az”a rəsmi olaraq klinikadan məlumat verilib.

Bildirilib ki, vəfat edən həkimin meyiti hazırda Tibbi Ekspertizaya aparılır.

Qeyd edək ki, rəsmi mənbənin məlumatına görə, xəstəxananın Təcili Tibbi Yardımı hadisə yerinə getsə də, ginekoloqu xilas etmək mümkün olmayıb.

*****

Bir neçə saat öncə ölüm xəbəri yayılan məşhur ginekoloq Səbinə Mirzoyevadan yeni xəbər var. 

A24.Az xəbər verir ki, ginekoloqun ölmədiyi, sadəcə kliniki ölüm keçirdiyi deyilir.

Bəzi mənbələrdə isə Səbinə Mirzoyevanın nəbzinin geri qayıtdığı bildirilir. Həkim hazırda Medical Plazanın reanimasiya şöbəsindədir.

Daha dəqiq məlumatı nəzərinizə çatdıracağıq.

A24.Az 

 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00