“Xətai” stansiyası təmirə bağlanacaq

“Xətai” stansiyası təmirə bağlanacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Hazırda “Bakmil” stansiyasında yenidənqurma işləri aparılır.

A24.Az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq, “Bakı Metropoliteni”  stansiyalarının yenidən qurulması işləri aparılır. Hazırda “Bakmil” stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir.

Hidayət Məmmədov  qeyd edib ki, yaxın gələcəkdə “Xətai” stansiyası təmirə bağlanacaq:

“Stansiya payız aylarında təmirə bağlanacaq. İstismar müddətini başa vuracaq eskalatorların dəyişdirilməsi, həmçinin stansiya və stansiya yollarının yenidənqurma işlərinin davam etdirilməsi də nəzərdə tutulub”.//Oxu.az

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar