Xəzərdə dənizçi itkin düşdü - FHN helikopter göndərdi

Xəzərdə dənizçi itkin düşdü – FHN helikopter göndərdi
Want create site? Find Free WordPress Themes and plugins.

Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

A24.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar