A24 Xeber

Xəzərdə meyiti tapılan şəxslərin kimliyi məlum oldu – FOTO

Xəzərdə meyiti tapılan şəxslərin kimliyi məlum oldu – FOTO
50
25 May 2018 - 10:59

24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.

“A24.az”ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00