Xəzərdə "süd qasırğası" nələrə səbəb ola bilər? - VİDEO

Xəzərdə “süd qasırğası” nələrə səbəb ola bilər? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.
 NASA Xəzər dənizində “süd qasırğası” adlı anomal prosesin baş verdiyini açıqlayıb. Belə ki, Amerikanın Milli Kosmik Agentliyi dənizin dibindəki çöküntülərin üzə çıxdığını bildirib. Yerli ekologiya ekspertləri bu prosesin fəsadlarından danışıblar.

NASA Xəzərdə anomal proses sayılan “süd qasırğası”nın fotoşəklini dərc edib. Şəkil yanvarın 9-da “terra” kosmik aparati ilə çəkilib. NASA-nın məlumatinda qeyd olunur ki, qasırğa zamanı külək suyu səthdən qarışdırır və dənizin dibindəki çöküntüləri üzə qaldırır.

Ekoloq Telman Zeynalov “Xəzər Xəbər”ə bildirib ki, hadisə əgər tam təsdiqini taparsa bu o deməkdir ki, yaxın bir neçə ildə Azərbaycanda havaların kəskin soyuması baş verə bilər.

NASA açıqlayıb ki, bu anomal proses baliqçılığa mənfi təsir göstərə bilər. Çünki, balıqlar suyun dərin qatlarına enəcəklər. Telman Zeynalov isə bildirir ki, əksinə bu hadisə balıqların çoxalmasına səbəb olacaq.

NASA açıqlayıb ki, peyk təsvirləri dənizlərdə monitorinq üçün əsas üsuldur. Bu yolla Kosmik Agentlik istənilən ölkənin dənizi və su ehtiyyatları barədə proqnoz verə bilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar