Xəzərin təhlükəsizlik məsələləri təsdiqləndi: Protokol imzalandı

Xəzərin təhlükəsizlik məsələləri təsdiqləndi: Protokol imzalandı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya hökuməti Federal Təhlükəsizlik Xidmətinin Xəzər dənizində təhlükəsizlik məsələləri ilə əməkdaşlıq protokolunu təsdiqləyib.

Sənəd bu gün hüquqi informasiya portalında yerləşdirilib.

A.Az xəbər verir ki, sənəddə FTB tərəfindən təqdim olunan və Rusiya XİN və Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış protokol layihəsinin təsdiqləndiyi deyilir.

Sənəd sərhəd idarələrinin əməkdaşlığını və qarşılıqlı fəaliyyətini nəzərdə tutur və 2010-cu il noyabrın 18-də bağlanmış Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinə əlavədir.

Hökumət FTB-yə protokolu imzalamağı tapşırıb. 2010-cu il noyabrın 18-də Xəzəryanı ölkələrin rəhbərləri tərəfindən razılaşma imzalanıb.

Hərbi aspektlər bu sazişin predmeti hesab olunmur. Razılaşma Xəzərin hüquqi statusunu müəyyən etmir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar