XİN Bakının azad olunmasının 100 illiyi ilə bağlı bəyanat yaydı

XİN Bakının azad olunmasının 100 illiyi ilə bağlı bəyanat yaydı
Want create site? Find Free WordPress Themes and plugins.
Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak və bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi qeyd edilir. Bu əlamətdar tarixi hadisənin yüzilliyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Bakıda təntənəli tədbirlər, iki qardaş ölkənin silahlı qüvvələrinin birgə keçidləri təşkil olunacaq.
Bunu bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O xatırladıb ki, I Dünya müharibəsinin çətinliklərinə baxmayaraq, bu gərgin və keşməkşli bir zamanda qardaş türk xalqı paytaxt Bakı və digər şəhər və rayonların işğalçılardan azad edilməsində yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinə dəstək olub:
“Erməni daşnak və bolşevik qüvvələrinin işğalı altında Bakı şəhərində və ətraf ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı amansız qətliamlar, o cümlədən 1918-ci ilin martında məlum mart qırğınları törədilmişdi. Bakının azad edilməsi ilə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi, AXC-nin ərazi bütövlüyünün bərpa edilməsi və Bakı və ətraf rayonlarda yaşayan mülki əhalinin təhlükəsizliyi təmin edildi”.
H. Hacıyev qeyd edib ki, Ermənistan 1918-1920-ci illərin hadisələrin nəticə çıxarmayaraq, keçən əsrin sonlarından başlayaraq revizionist, destruktiv və işğalçı siyasətini yenidən başlamış və bu gün də bu siyasət davam etməkdədir:
“1918-1920-ci illərdə olduğu kimi Ermənistan yürütdüyü bu destruktiv siyasətinə, qonşu dövlətlərə qarşı ərazi iddiaları və başladığı müharibəyə görə özünü təcrid vəziyyətindədir. Ulu öndər Heydər Əliyevin “Bir Millət, İki Dövlət” kəlamını rəhbər tutaraq, Azərbaycan və Türkiyənın tərəfdaşlığı qardaşlıq prinsipləri əsasında günbəgün daha da güclənir, nümunəvi xarakter daşıyır, regionda və onun hüdudlarından kənarda dayanıqlı inkişafa, çiçəklənməyə, sülhə və sabitliyə xidmət edir. Bu tarixi əlamətdar gündə Qafqaz İslam Ordusunun sıralarında şücaətlə və çiyin-çiyinə döyüşərək paytaxt Bakını və ölkəmizin digər rayonlarını işğalçılardan azad etmiş Azərbaycan və qardaş Türk əsgər və zabitlərinin, şəhidlərin əziz xatirəsini hörmət və ehtiramla yad edir və Allahdan onlara rəhmət diləyirik!”.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar