XİN Köçəryanın cavabını verdi

XİN Köçəryanın cavabını verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Məntiqə uyğun olmayan, tamamilə cəfəng xarakter daşıyan açıqlamaları şərh etmək çox çətindir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlaması da bu silsiləndəndir.

A24.Az xəbər verir ki, bunu  Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Ermənistanın Qarabağın yerinə danışıqlar apara bilməyəcəyinə dair açıqlamasını şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, hələ Levon Ter-Petrosyan prezident olduğu vaxtdan bu illər ərzində Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır:

“Qarabağdan olub-olmamasından asılı olmayaraq, Azərbaycan danışıqları Ermənistanın prezidentləri ilə aparıb. İşğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirak etməsi barəsində Ermənistanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, işğala əsaslanan status-kvonu saxlamaq və işğal olunmuş Azərbaycan ərazilərini anneksiya etmək məqsədi daşıyır.”

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar