XİN nümayəndə heyəti cəbhə bölgəsində - FOTOLAR

XİN nümayəndə heyəti cəbhə bölgəsində – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Cəbhə bölgəsinə səfər edən Xarici İşlər Nazirliyinin nümayəndələri tikilmiş yeni şəhərciklə tanış oldular, orada yaradılan mükəmməl şəraiti öz gözləri ilə gördülər.

“A24.az” bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin ikinci katibi Ruhlan Nəbiyev bildirib.

Katibin sözlərinə görə, səfərdə olan nümayəndələr “Marağa-150” abidəsini gördülər, hansıki 1978-ci ildə ermənilərin İranın Marağa şəhərindən Qarabağa köçürülməsi ilə əlaqədar qurulub və sonradan məqsədyönlü şəkildə məhv edilib.

R.Nəbiyev deyib ki, proqram əsnasında Xarici İşlər Nazirliyinin kollektivi qoşunların təmas xəttində vəziyyətlə daha yaxından tanış olmaq üçun Qapanlı kəndinə də səfər ediblər: “Bildiyiniz kimi, Qapanlı kəndi 2016-cı il aprel hadisələri zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən ağır atəşə tutulmuşdur, amma, yenə də dövlətimizin başçısının qayğısı nəticəsində şəhərdə yenidənqurma işləri aparılmışdır. Qapanlı sakinlərinin ön xəttə yaxın yaşamaqlarına baxmayaraq, onlar qətiyyətlə, əzmlə orada fəaliyyətlərini davam etdirirlər”.

Katib qeyd edib ki, nümayəndə heyəti həmçinin səfər çərçivəsində “N” saylı hərbi hissəsinə səfər edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar