A24 Xeber

Xırdalanda yaşayış binasında yanğın – Sakinlər təxliyyə edildi

Xırdalanda yaşayış binasında yanğın – Sakinlər təxliyyə edildi
52
20 May 2018 - 21:27

 Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın olub.

A24.Az FHN-in saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00