A24 Xeber

Xızıda qadın sürücü qəza törətdi – Əri xəsarət aldı

Xızıda qadın sürücü qəza törətdi – Əri xəsarət aldı
41
04 Avqust 2018 - 9:33

 Xızıda Rusiyadan gələn ər-arvad qəzaya düşüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 61-ci kilometrliyində Rusiya Federasiyasından Bakıya qonaq gedən ər-arvad “KİA” markalı avtomobillə, hərəkətdə olan yük avtomobilinə arxadan çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan İmran Qafarov xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qəza zamanı avtomobili onun həyat yoldaşı idarə edib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00