Xocalı soyqırımı Pakistan mətbuatında  

Xocalı soyqırımı Pakistan mətbuatında
Want create site? Find Free WordPress Themes and plugins.

Pakistanda nəşr olunan “Parliament times” qəzetində və qəzetin internet səhifəsində, həmçinin “The Fortress” veb səhifəsində jurnalist Zaman Bacvanın “İnsanlıq əleyhinə Xocalı qətliamı. Bir daha olmasın” sərlövhəli məqaləsi dərc edilib.

A24.Az Trend-ə istinadən bildirir ki, məqalədə 25 fevral 1992-ci ildə Ermənistan qoşunları tərəfindən keçmiş SSRİ-nin 366-cı batalyonunun köməyi ilə törədilmiş və tarixin ən dəhşətli insan faciələrindən biri olan Xocalı qətliamının bəşəriyyətə qarşı törədilmiş soyqırım aktı olduğu vurğulanaraq, şəhərin Azərbaycan tarixinə aid olan qədim abidələrinin ermənilər tərəfindən məhv edilməsinin əslində bütün insanlığın itkisi olduğu öz əksini tapıb.

Müəllif həyat yoldaşı və 3 övladını itirən Xocalı soyqırımının şahidlərindən Elxan Hüseynovun hər dəfə yazın gəlməsi ilə öz ailəsi barədə hansısa xəbər alacağına ümid etdiyini yazaraq, onun, 26 il keçməsinə baxmayaraq, hələ də öz ailəsini tapa bilmədiyini çatdırıb.

Ermənilər tərəfindən 613 azərbaycanlının həlak, 487 nəfərin şikəst edildiyi və 1275 nəfərin əsir götürüldüyü bu qəddar soyqırımın dünya mediasında geniş əks-səda doğurduğu, “The New York Times”, “Sunday Times”, “Washington Times” və “the Times” kimi qlobal miqyaslı qəzet və jurnallar öz nəşrlərində ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilmiş Azərbaycanlıların cəsədlərinin hər tərəfə səpələndiyini, dərisinin soyulduğunu və üzlərinin tanınmaz hala salındığını bəyan etdiyi məqalədə vurğulanıb.

Ermənistan prezidenti Serj Sargsyanın britaniyalı jurnalistlə müsahibəsi zamanı dediyi “Xocalıdan əvvəl azərbaycanlılar ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən bir xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındırdıq”-sözlərindən sitat gətirən müəllif, başqa şərhə ehtiyac qalmadığını qeyd edib.

Yazıda həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Xocalı soyqırımının dünya gündəminə gətirildiyi, faciəyə Azərbaycanın Milli Məclisi tərəfindən siyasi və hüquqi qiymət verildiyi bildirilərək, Pakistan, Türkiyə, ABŞ, Serbiya, Sudan, Çexiya, İsrail və s. dövlətlərin Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul etdikləri oxucuların diqqətinə çatdırılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar