Xocalıda insanlar azərbaycanlı və müsəlman olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər

Xocalıda insanlar azərbaycanlı və müsəlman olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin ən nüfuzlu ali məktəblərindən olan Ankaradakı Qazi Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“A24.az” xəbər verir ki, toplantı çərçivəsində, ilk dəfə olaraq ölkə hüdudlarından kənarda Xocalı soyqırımı qurbanlarının xatirəsi Bakı vaxtı ilə saat 17-də, Azərbaycan ərazisində anıldığı vaxt, bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan və Türkiyənin dövlət nümayəndələri, parlament üzvləri, nüfuzlu elm adamları, universitetin tələbələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Xocalı soyqırımı, ümumiyyətlə Azərbaycan və bütövlükdə türk dünyası ilə bağlı bütün məsələlərə, xüsusilə ortaq problemlərə və acılara hər zaman xüsusi həssaslıqla yanaşan Qazi Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.

Milli Məclisin deputatı Elman Məmmədov tədbir iştirakçılarına 26 il əvvəl Xocalıda baş vermiş dəhşətli qırğın haqqında ətraflı məlumat verib.

Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov bildirib ki, Xocalıda günahsız insanlar sadəcə azərbaycanlı və müsəlman olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər, ona görə də bu soyqırımı təkcə Azərbaycana qarşı yox, bütün türk və müsəlman dünyasına, ümumiyyətlə insanlığa, sülhsevər dünyaya qarşı törədilmiş bəşəri cinayətdir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Qazi Universitetinin rektoru, professor İbrahim Uslan Xocalıya ədalət uğrunda aparılan beynəlxalq mübarizənin davam etdirilməsinin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Xocalının hələ də bir sıra ölkələr tərəfindən soyqırımı olaraq tanınmadığına diqqəti çəkmək məqsədilə, bu ali təhsil ocağının incəsənət fakültəsinin rəsm işi bölməsi “Eşidilməyən haray!” devizi altında beynəlxalq rəsm və heykəl müsabiqəsi keçirib.

Toplantı çərçivəsində müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Qaliblər Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə ölkəmizdə səfər edəcəklər.

Sonda tədbir iştirakçıları 60-a yaxın əsərin nümayiş olunduğu sərgini ziyarət ediblər.

AZƏRTAC

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar