Xorvatiyanın baş məşqçisindən xanım prezidentə şok sözlər

Xorvatiyanın baş məşqçisindən xanım prezidentə şok sözlər
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada keçirilən dünya çempionatında finala çıxaraq özündən söz etdirən Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə siyasətçilərinə məktub yazıb.

“A24.az” xəbər verir ki, çalışdırıcı ad çəkmədən mundialdakı bütün oyunlarını izləyən, dünya çempionatı boyunca sosial medianın əsas müzakirə mövzularından birinə çevirilən Xorvatiyanın xanım prezidenti Kolinda Qraber Kitaroviçi hədəfə alıb.

“Bütün siyasətçilərə səslənirəm, üzərimizdən mükafat oyunu oynamayın. Xalqımızı səfalət və ümidsizlik cəhənnəminə itələyən sizlərsiniz” Zlatko Daliç prezidenti tənqid edib.

Baş məşqçi məktubunda yığmaya ayrılan bütün mükafatları bağışlayacaqlarını bildirib: “Alacağımız 23 milyon avro mükafatı uşaq qurumlarına bağışlayacağıq. Avropa Birliyinin ən kasıb ölkəsiyik. Pis və daha əvvəl mütəşəkkil cinayətkarlığa qarışmış insanlar bizi idarə edir. Xalqımızın əksəriyyəti gündəlik ehtiyaclarını ödəyə bilmir. Səhiyyə sistemi çöküb, məhkəmələr çirkli pulları yumaqla və saxtakarlıqları təmizlməklə məşğuldu. Minlərlə km sahilimiz olsa da, heç vaxt dəniz görməmiş uşaqlarımız var”.

Qaynarinfo.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar