Xorvatiyanın dövlət başçısı İlham Əliyevi təbrik edib

Xorvatiyanın dövlət başçısı İlham Əliyevi təbrik edib
Want create site? Find Free WordPress Themes and plugins.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Xorvatiya Respublikası ölkələrimiz arasında xalqlarımızın getdikcə daha çox müxtəlif sahələrdəki ortaq maraqlarına xidmət edən tərəfdaşlığı və dost münasibətlərini yüksək qiymətləndirir. İnanıram ki, prezidentliyinizin yeni dönəmində də ölkələrimiz üçün xüsusilə böyük əməkdaşlıq potensialına malik olan və hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi və enerji sahələrində sıx münasibətlərimiz davam edəcək. Əminəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə sərmayə qoyuluşuna maraq oyatmaq xüsusilə çox əhəmiyyətlidir.

Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm və inanıram ki, bu görüşümüz həm ölkələrimiz, həm də vətəndaşlarımız arasında mövcud olan dostluq və konstruktiv əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinə təkan verəcək.

Cənab Prezident, Sizə ən səmimi salamlarımı və ən yüksək ehramımı çatdırıram”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar