XOŞ XƏBƏR! Kənan Hacı işlə təmin edildi

XOŞ XƏBƏR – Kənan Hacı işlə təmin edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Yazar Kənan Hacı işlə təmin olunub.
Şairin A24.Az -a verdiyi açıqlamaya görə artıq bu gündən işə başlayacaq: “Yaradıcılıq fondundan zəng elədilər. Artıq bu gündən işə dəvət ediblər. SİM-SİM.AZ mədəniyyət portalında redaktor işi təklif ediblər. Razılaşdıq. Artıq işə başlayıram. Yəqin ki, bu saytda ədəbi yazılarım da yayımlanacaq”.
Qeyd edək ki, Kənan Hacı 20 ildən artıqdır ədəbi mühitdədir. Yazarın 10-dan artıq şeir, nəsr, publisistik janrda kitabları nəşr edilib. Yazarın son iş yeri “Aydın yol” qəzeti olmuşdu. Bir neçə ay öncə qəzet bağlandıqdan sonra Kənan Hacı da ixtisara düşən işçilərdən oldu. Son bir neçə ayda yazar işsizlikdən əziyyət çəkirdi. O, hətta bir müddət taksi fəaliyyəti ilə də məşğul olmuşdu.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar