A24 Xeber

Xoşqədəmin verilişindən sonrakı dəhşətin detalları: Ortaya elə faktlar çıxdı ki… FOTO

Xoşqədəmin verilişindən sonrakı dəhşətin detalları: Ortaya elə faktlar çıxdı ki… FOTO
182
10 İyun 2018 - 16:05

Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilərək meyitinin qamışlıq sahəyə atılması hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

“A24.az” “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlunun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Atçıbayeva (və ya Atsubayeva) Ayqul Almaz qızını qətlə yetirməsi və daha sonra polis idarəsindən özünü pəncərədən ataraq intihar etməsi faktı ilə bağlı bir nəfər saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.

Qətl hadisəsinin istintaqı Sabunçu rayon Prokurorluğunda aparılır. Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı Ayqulu boğaraq öldürüb.

Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə, yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə məlumat verməyib.

Artıq A.Atçıbayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə təhvil verilib.

Y.Yolçuyevin özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Belə ki, 34 yaşlı Qazaxıstan vətəndaşı ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən Y.Yolçuyev Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən atıb.

Bildirilirdi ki, qazaxıstanlı qadın tanış olduğu həmin Oğuz sakini ilə 10 aya yaxındır birlikdə yaşayıb və 4 aylıq hamilə olub. Aygül Atçıbayevanı axtarmaq üçün onun qardaşı Bakıya gəlib və Xoşqədəmə müraciət edib. O,  bacısının azərbaycanlı sevgilisini Elçin kimi tanıdığını, lakin Azərbaycana gəldikdən sonra əsl adının Yolçu olduğunu öyrənib.

Qardaşının sözlərinə görə, Aygülün ilk nikahından 11 yaşında qızı var.

Bu elan yayıldıqdan sonra qazaxıstanlı qadının həmin tanışı — 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu Xoşqədəmin proqramına çıxıb. Ötən gün efirə gedən proqram zamanı bu şəxs Xoşqədəmin və qazaxıstanlı qadının qardaşlarının sualları qarşısında ziddiyətli məlumatlar verib, bizneslə məşğul olan qadının gah başqa tanışı ilə görüşmək üçün Bakıda ondan ayrıldığını, gah qəza keçirdiyini, yaxud Moskvaya getdiyini bildirib. Hətta qadının qardaşlarından “Aygülün müalicəsi üçün” 11 milyon təngə istəyib.

Proqramın ardınca Y.Yusifov polisə çağırılıb və orada ondan qazaxıstanlı qadının itkin düşməsi barədə ifadə alınıb. Məlumata görə polis idarəsində dindirilərkən bu şəxs özünü pəncərədən ataraq intihar edib. Polis şəxsin verdiyi ifadə əsasında qazaxıstanlı qadının meyitini Pirşağı qəsəbəsi ərazisindəki qamışlıqdan tapıb. Hamilə qadının öldürülməsi ilə bağlı cinayət işi qaldırılıb və araşdrmalar gedir.

Qazaxıstanlı hamilə qadının Azərbaycanda tanışı tərəfindən öldürülməsi, daha sonra qatilin özünü polis şöbəsindən ataraq intihar etməsi hadisəsi şəxsən daxili işlər naziri Ramil Usubov tərəfindən nəzarətə götürülüb. Bu qətlin təhqiqatı ilə bağlı Xoşqədəm Hidayətqızının və onun proqramının texniki əməkdaşlarının da polisə çağırılaraq ifadələrinin alındığı xəbər verilir. Gözlənilir ki, tezliklə hüquq-mühafizə orqanları bu qətl və qətli törədən şəxsin intiharı ilə bağlı rəsmi məlumatla çıxış edəcəklər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00