Xoşqədəmlə Nazilə Səfərlinin MƏHKƏMƏSİ başladı: 100 min manat TƏLƏB EDİR

Xoşqədəmlə Nazilə Səfərlinin MƏHKƏMƏSİ başladı: 100 min manat TƏLƏB EDİR
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və “Show-news” İnstaqram səhifəsinin rəhbəri İsa Şükürovu məhkəməyə verib.
A24.Az-ın məlumatına görə, buna səbəb səhifədə N.Səfərlinin dilindən “Ərim Xoşqədəmi yox, məni aldığı üçün indi belə edir” başlıqlı yazı yayımlanması olub.
N.Səfərli və İ.Şükürovun vəkili “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında bugün hazırlıq iclası keçirildiyini bildirib: “Xoşqədəm Hidayətqızının Nazilə Səfərliyə və “Show-news” saytına qarşı qaldırdığı iddia üzrə Nizami rayon məhkəməsində hazırlıq iclası keçirilib. İclasda həm Xoşqədəm Hidayətqızının, həm də Nazilə Səfərlinin vəkili iştirak edib. Prosesə cavabdeh qismində saytın rəhbəri İsa Şükürov cəlb olunub. Çünki Nazilə Səfərli həmin sözü deməyib. Hətta Nazilə xanım İsa Şükürovu məhkəməyə verməyi düşünür”. Vəkil bildirib ki, X.Hidayətqızı yüksək təzminat istəyir: “Qarşı tərəfin tələbi üzr istəmə, təkzib vermədir. Eyni zamanda yüz min manat təzminat istəyir”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı və Nazilə Səfərli arasındakı qalmaqal artıq bir neçə aydır davam edir. Səfərlinin qardaşının keçmiş arvadı Pərvanə “Səni axtarıram” verilişinə müraciət edərək, uşaqlarına baxmadıqlarını deyib. O, Nazilə və qayınanasının onu aldadaraq evdən çıxardığını, ərindən ayırdığını söyləyib. X.Hidayətqızının proqramda Pərvanəyə yardım etməsinə qarşı tərəf əsəbiləşib. Aparıcı və şairə dəfələrlə bir-birinin ünvanına sərt sözlər deyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar