Xurma yedikdən sonra mütləq su için - Səbəbi?

Xurma yedikdən sonra mütləq su için – Səbəbi?
Want create site? Find Free WordPress Themes and plugins.

Xurma hər nə qədər faydalı olsa da, üst-üstə yeyildiyi və dişlər fırçalanmadığı zaman o da digər qidalar kimi çürüklərə səbəb olur. Xurma yedikdən sonra ağız su ilə yaxalanmalı, dişlər 30 dəqiqədən sonra fırçalanmalıdır.

“A24.az” xurma ilə bağlı ehtiyat edəcəyimiz məqamları təqdim edir:

-Uşaqlara, xüsusilə də 3 yaşından balaca olan körpələrə xurma verildiyi zaman diqqətli olmaq lazımdır. Xurma sərt və liflidir. Sərt olduğu üçün dişləri kifayət qədər inkişaf etməmiş uşaqlar xurmanı çeynəyə bilməz. Həmçinin bağırsaqlar bu qədər lifli qidanı həzm etməyə hazır deyil. Amma xurmanın belə bir özəlliyi var: lifli olduğu üçün insanı tox tutar, bundan başqa tərkibi bir çox mineral və vitaminlərlə zəngindir. Yeniyetmələrin də xumra yeməsi məsləhətlidir.

-Hər iftar və sahurdan sonra dişlərinizi ən azı 2 dəqiqə firçalayın. Diş ipini də unutmayın. Diş ipindən istifadə etməsəniz, dişlərinizin təmizliyində əskiklik olacaq. Çünki diş ipi diş çürüklərinin qarşısını almaqda əhəmiyyətli yer tutur.

-Oruc tutan zaman ağız qoxusunun qarşısını almaq üçün qarqaralara etibar etməyin, bitkilərdən yararlanın. Cəfəri, nanə, zəncəfil, şüyüd, adaçayı, darçın, yaşıl çay, okaliptus, kardamon, kişniş ağız qoxusuna qarşı yaxşı təsir edir. Kim istəsə çeynəyə, kimisi də çay şəkildə dəmləyib içərək ağız qoxusunun qarşısını ala bilər. Sahurda bir stəkan süd içdikdə də ağız qoxusu azalır.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar