Xurma yeyərkən diqqətli olun! – Ən təhlükəli virus geri qayıdıb

Xurma yeyərkən diqqətli olun! – Ən təhlükəli virus geri qayıdıb
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyanın ən ölümcül viruslarından biri kimi göstərilən nipah virusu Hindistanda üzə çıxıb.

“A24.az” xəbər verir ki,  1999-cu ildə Malayziyada yaşanan böyük epidemiya “dünyanın ən qorxunc virusları” arasında yer alan nipah indiyə qədər Hindistanda 5 nəfərin ölümünə səbəb olub. 90 nəfər isə nəzarət altında saxlanılır.

İnsanın metabolizmasına təsir etməklə özünü göstərən bioloji silahlar epidemiya şəklində yayılaraq yüzlərlə, minlərlə və hətta milyonlarla insanın ölümünə yol açır. Bu gün təhlükənin ən böyük ünvanlarından biri isə Hindistandır.

Hindistanın Kerala bölgəsində Nipah virusunun yayılması nəticəsində ən azı 9 nəfər dünyasını dəyişib, 90 nəfərdən çox insan karantin altındadır.

Nipah virusu populyasiyalar arasında sürətlə yayılan ölümcül bir virusdur və bundan əvvəlki yayılmalarda 40-75 faiz insanların ölməsinə səbəb olub.

Nipaha tutulmuş bəzi insanlarda göstəricilər ortaya çıxmaz. Daha çox yüksək hərarət, baş və boğaz ağrısı kimi qripə bənzər göstəriciləri olur. Sonrakı göstəriciləri baş gicəllənməsi, yorğunluq, yaddaşda dəyişiklikdir. Bu virus beyin və ağ ciyər hüceyrələrində su toplanır və 75 faizi öldürücüdür. Canını bu virusdan qurtaranların beynində isə zədə qalır.

Nipah virusu ilk olaraq Malayziyanın Nipah bölgəsində epidemiya şəklində başlamışdır. Bu virusun bioloji silah olduğuna dair miflər də mövcuddur.

Xurma və xurmadan hazırlanan şərbət kimi məhsulların nipah virusuna yoluxma ehtimalının olduğu bildirilir. Bu virusun xurmaya, meyvə yarasalarının vasitəsiylə keçdiyi müəyyən edilib. Virusun ən çox rast gəlindiyi yerlər Sinqapur, Malayziya, Hindistan və Banqladeşdir.

Dünya Sağlamlıq Təşkilatının verdiyi məlumata görə, Nipah virusunun dərmanla müalicəsi mümkün deyil. Lakin xəstəlikdən qorunmaq üçün tədbirlərin görülməsi və mikroba qarşı tez bir zamanda edilən müalicə xəstələrdə yaranmış yüksək hərarəti və xəstəliyin ağırlığını qismən azaldır. Lakin xəstələri ölümdən qurtarmağın hələ də mümkün olmadığı bildirilir. Və yenə WHO bu virus üçün peyvənd hazırlamağa çalışır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar