A24 Xeber

Xüsusi əməliyyat: 3 “kriminal avtoritet” saxlanıldı

Xüsusi əməliyyat: 3 “kriminal avtoritet” saxlanıldı
187
19 Aprel 2018 - 21:48

 Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.

Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində “kriminal aləm”in üç üzvü həbs olunub.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Departamentinin Mərkəzi Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, saxlanılan şəxslərin Avropadakı “qanuni oğrular”la sıx əlaqələri olub və onlardan “kriminal aləm”də qəbul olunmuş qaydalar əsasında tapşırıqlar alıb, yeni cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Onlar Avropadakı “qanuni oğrular” – Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə əlaqədə olublar. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00