XXI əsrin ən gözəl 20 qadını - ARAŞDIRMA

XXI əsrin ən gözəl 20 qadını – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Sadəcə gözəl olmaq bəs etmir. Təhsilli, mədəni və ağıllı olmaq da lazımdır. Dünyanın ən gözəl 20 qadınına baxarkən nə demək istədiyimizi başa düşəcəksiniz.

A24.Az xəbər verir ki, Ancelina Coli yataqda bıçaqla oynamağı sevir. O, yaxşı bir pilotdur və motosiklet sürməyi də bacarır. “Yaşayan ən cazibədar qadın” ünvanına sahib olan Ancelina əsrimizin ən bacarıqlı xanımlarındandır.

Çarliz Streon

Oskar mükafatının sahibi Çarliz Streon gənclik illərində yaşadığı travmaların təsirdən uzun müddət qurtula bilməyib. Cənubi Afrikadan olan aktrisanın həyatında ən pis tarix 21 iyun 1991-ci ildir. Çarliz 15 yaşında olarkən atası evə sərxoş gəlib və onun yataq otağına atəş açıb. Bu zaman anası Gerda ərini silahla öldürüb. 6 yaşında baletə, 16 yaşında modellik fəaliyyətinə başlayan Çarliz bir dəfə bankda yaşadığı mübahisə zamanı aktyorluq meneceri John Crosby tərəfindən kəşf edilib. 2011-ci ildə Conson Streonu, 2015-ci ildə Auqustu övladlığa götürüb.

Kristina Aqulera

Amerikalı müğənni 5 “Grammy” və 1 “Latın Grammy” qazanıb. Bütün dünyada 50 milyondan çox albomu satılıb. Son 10 ildə Madonnadan sonra ən çox “single” satan müğənni olub. Boyu 1.59 metrdir. Səsi 4 oktavadır və bədənində 4 döymə var. Beyzbol və voleybolu çox sevir. Böyük qayıqlarla dənizə çıxmağı sevir. 

Kristina Henriks

“Mad Men” serialı ilə həyatımıza girən aktrisa 11 noyabr 2009-cu ildə Geoffrey Arend ilə evlənib. 2010-cu ildə bir kişi jurnalı tərəfindən “dünyanın ən cazibədar qadını” seçilib.

Eva Mendes

Kuba əsilli amerikalı aktrisa verdiyi müsahibələrin birində qeyd edib ki, 50 fərqli əyalətdə cinsi münasibətə girib. Ən çox arzulanan qadınlardan biridir.

Gisel Bundçen

1990-cı ildə modellik karyerasına başlayıb. 20-dən artıq ölkədə çəkilən reklamların siması olub. “Forbes” jurnalına görə əyləncə dünyasının ən zəngin  16- cı qadınıdır. 150 milyon dollarlıq sərvətinə 2006-cı ildə 33 milyon da əlavə edib. “Ginnesin Rekordlar kitabı”nda dünyanın ən zəngin modeli kimi qeyd olunub.

Cennifer Aniston

Dünya və Amerika tarixində ən çox izlənilənlərdən olan “Friends” serialı 10 il davam edib və akrisanın ulduzu da bu ekran işi ilə parlayıb. Bu serial ilə Altın Kürə, Grammy mükafatı qazanıb. 2010-cu ildə aparılan sorğu nticəsində dünyanın ən güclü 8-ci məşhuru seçilib. Hazırda həmçinin Meksikada yerləşən kimsəsizlər evinin də sahibidir. 110 milyonluq sərvəti ilə dünyanın ən zəngin məşhurları siyahısında 10-cu pillədə qərarlaşıb.

Cennifer Lopez
Cennifer Lopez Amerikada ən çox qazanan latın aktrisadır. Onun şəxsi həyatı həmişə gündəmdə olub. İlk münasibəti 2000-ci ildə “Grammy” mükafatlandırma mərasimində ona partnyorluq edən Sean Combs olub. Daha sonra  “This Is Me… Then” adlı 3-cü studia albomunda ona ilham mənbəyi olan Ben Affleck ilə ikinci həyat yoldaşı Chris Judd lə evli olarkən münasibət qurub. Lopez 2004-cildə Mark Entoni ilə evlənib və 2008-ci ildə Emma və Maximilian adlı əkizləri dünyaya gətirib.
2016-cı ildə sərvətinin 300 milyon dollar olduğu açıqlanıb.

Keyt Moss

14 yaşında Nyu- York hava limanında kəşf edilən və beləliklə modellik karyerasına başlayan Keyt 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, ideal model görünüşündən uzaq qısa boyu, aralı dişləri və həddən artıq arıqlığı ilə diqqət çəkib. “Calvin Klein” reklamlarına çəkilməsi ilə məşhurluğu daha da artıb. Bugün bir çox gənc qız üçün “idol” olaraq göstərilir. İllik qazancı 28 milyon paunddur.

Katerina Heigl

Qardaşının ölümündən sonra orqan köçürləsi ilə bağlı kampaniyalara başlayıb. “Hollywood ” dünyasına azyaşlı vaxtlarında girib. Hələ də “Elite” modellik agentində çalışır. Yarı ingilis yarı almandır.

Meqan Fox

5 yaşında olarkən balet və rəqs dərsləri almağa başlayıb. 10 yaşında olarkən ailəsi ilə Floridaya köçüb və təhsilinə burada davam edib. 13 yaşında modellik və aktrisalıq etməyə başlayıb. 1999-cu ildə Amerika modellik və bacarıq yarışmasında bir neçə mükafat qazanıb. Çıxdığı ilk illərdə Ancelina Coliyə bənzədilib. Özü də biseksual oluğu üçün bildirib ki, hər kəs biseksual doğulub. Meqanın adı bir ara Rihanna ilə eşq dedi-qodularında səslənsə də 2008-ci ildən sevgili olduğu Brian Austin Green ilə 2010-cu ildə evlənib.

 

Mila Kunis

Ailəsinə yük olmamaq üçün uşaqlığından işləyə başlayıb. 7 yaşına kimi Ukraynada yaşayan Milanın hekayəsi 7 yaşında Amerikaya köçməsi ilə başlayıb. Milli lotereya qazanmış ailəsi Los Ancelesə köçüb. Daha sonra is vətəndaşlıq alıblar.

Monika Belluci

16 yaşında modelliyə başlayıb. Modellik cazibəsi onu hüquq təhsilindən uzaqlaşdırıb. Milana köçdükdən sonra gözəlliyi ilə qısa müddətdə diqqət çəkib. 1989-cu ildə aktrisalıq dərslərinə başlayıb və 1990-cı ildən etibarən bir neçə filmdə yer alıb. 2000-ci ilə kimi 20 filmdə oynayıb. 1999-cu ildə italyan”Max Payne” jurnalı və “GQ ” junalı üçün çılpaq fotolar çəkdirib. 1999-cu ildə 50 cazibədar qadın arasında 6-cı olub. 2001-ci ildə “ən çox arzulanan qadın” seçilib. 2004-cü ildə isə “ən gözəl 100 qadın” siyahısında lider olub.

Natalie Portman 

Qüdsdə anadan olub. 3 yaşında olarkən ailəsi ilə Vaşinqtona köçüb. Harvard universitetində psixologiya üzrə təhsil alıb. Hazırda Qüds İbrani universitetində təhsilini davam etdirir.

Nikol Kidman

Oskar mükafın sahibi olan aktrisanın uşaqlıq iləri Avstraliyada keçib. Əvvəlcə balet sonra isə teatr ilə məşğul olub. “Days Of Thunder ” filminin çəkiliş meydanında gələcək əri Tom Kruz ilə tanış olub. 2001-ci ildə ondan ayrıldıqdan sonra məşhurluğu sürətlə artmağa başlayıb. Cütlüyün  İsabella Jane Kidman Cruise və Connor Anthony Cruise adlı iki övladlıq uşağı var. 2006-cı ildə evləndiyi  Keith Urbandan Sunday Rose adlı bir qızı var. 2010-cu ildə daşıyıcı ana vasitəsi ilə qızı Faith Margaret Kidman Urban dünyaya gəlib.

 

Olivie Vilde
2009-cu ildə “Maxim ” jurnalı tərəfindən 100 nəfər arasında ən cazibədar qadın seçilib. 2006-cı ildə “FHM ” jurnalında “ən cazibədar qadınlar” siyahısında 95-ci olub. 2006-cı ildə “US Comedy Arts ” festivalında ən yaxşı aktrisa seçilib. 2008-ci ildə “Vail film festivalı”nda “yüksələn ulduz mükafatı” qazanıb. Tao Ruspoli ilə evlidir.

Penelupe Kruz

Oskar mükafatının sahibi olan ispan aktrisa modellik və rəqslə də məşğul olub. 2010-cu ilin 14 iyulunda Xavier Bardem ilə evlənib. Leo və Luna adlı iki uşağı var.

Salma Hayek

Aktrisa “cinsi əlaqə xoşbəxt evliliyin açarı deyil. Həm də hər gün olmaz” fikri ilə diqqətləri üzərinə çəkib. 54 yaşlı François-Henri Pinault ilə 2009-cu ildə evlənən 49 yaşlı aktrisa sevib evləndiyini deyib: “Sevgi dolu evlilik həyatdakı ən böyük uğurumdur. Yuvam ərim haradadırsa, oradır. O mənim üçün yuva deməkdir”.

Skarlet Cohanson

Danimarka əsilli amerikalı aktrisa 2008-ci ildə aktyor Ryan Reynolds ilə ailə qurub. Ryan Reynoldsun Sandra Ballakla görüntülənməsindən sonra boşanıblar. 2012-ci ildə fransız jurnalist Romain Dauriac ilə münasibətə başlayıb. Cütlük 2013-cü ildə nişanlandıqlarını açıqlayıblar. 2014-cü ildə Johansson ilk uşağına hamilə qalıb. İkilinin Rose adlı qızı dünyaya gəlib.

Şakira

Müğənni 90-cı illərin sonunda şou aləminə daxil olub. Yarı ərəb, yarı latın rəqs fiqurları ilə məşhurlaşıb. 2 Grammy, 8 Latın Grammy, 12 Billboard latın musiqi mükafatlarını qazanıb.

70 milyondan artıq albomu satılıb. 220 milyonluq sərvəti var.

İlhamə Bəhmənova, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Şou-biznes, Araşdırma, Media, Foto xəbər, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar