XXIII Qış Olimpiya Oyunları başa çatdı

XXIII Qış Olimpiya Oyunları başa çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.

“A24.az”ın “Apasport.az” saytına istinadən verdiyi məlumata görə, Cənubi Koreyada keçirilən 4 illiyin ən böyük qış idman yarışı bir sıra rekordlarla yadda qalıb.

Belə ki, “Ağ Olimpiada”da “qızıl” qazanan ölkələrin sayında da rekord təkrarlanıb. Ötən gün finlandiyalı xizəkçi Yivo Niskanen çempion olmaqla ölkəsinin adını ən az bir qızıl medal qazananların siyahısına yazdırıb. Bununla da Pxençxanda himni səslənən 22-ci ölkə Finlandiya olub.

Bu isə Soçi-2014 Olimpiadasında qeydə alınan rekordun təkrarı olub.

Qeyd edək ki, turnirin ən çox medal qazanan ölkəsi Norveçdir. Skandinaviyalılar ümumilikdə 39 (14 qızıl, 14 gümüş və 11 bürünc) medalla bütün rəqiblərini qabaqlayıblar. İkinci yeri Almaniya (31 – 14,10, 7), üçüncü yeri isə Kanada (29 – 11, 8, 10) tutub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar