XXXI Yay Olimpiya oyunları başa çatıb

XXXI Yay Olimpiya oyunları başa çatıb
Want create site? Find Free WordPress Themes and plugins.

Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax XXXI Yay Olimpiya Oyunlarını bağlı elan edib.

“A24.az” xəbər verir ki, Rio Olimpiadasında Azərbaycan idmançıları 18 medal qazanıblar:1 qızıl, 7 gümüş və 10 bürünc medal.

Qeyd  edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilib. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.

Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda – 56 idmançı ilə təmsil olundu. Buna qədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı – 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edib – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar