Yadplanetlilərdən mesaj gəldi: Yerə siqnal göndərdilər

Yadplanetlilərdən mesaj gəldi: Yerə siqnal göndərdilər
Want create site? Find Free WordPress Themes and plugins.

Kainatda Yerdən kənarda həyatın varlığına dair ciddi bir dəlil əldə olunub.

“A24.az” bildirir ki, “lent.az”ın Türkiyə mediasına istinadən məlumatına görə, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Yerdənkənar Şüurlu Həyat Axtarışı” proqramının (SETİ) əməkdaşları olan alimlər 15 may 2015-ci ildə Rusiyada bir radioteleskopla əldə edilən siqnalın Yerdən 94 işıq ili məsafədə olan HD 164595 adı verilmiş bir ulduzun ətrafından gəldiyini müəyyənləşdiriblər.

Alimlər əvvəlcə bu siqnalın “hansısa kosmik olaydan qaynaqlanan” səs olduğunu düşünüblər. Ancaq siqnalın saatlarla sürməsi və bəlli tezlikdə təkrarlanması bunun məqsədli olaraq verilən süni bir səs olduğu qənaətinə gətirib çıxarıb.

Astronom Duqlas Vakoçun söylədikləri isə çox heyrətamizdir: “Siqnal o qədər güclüdür ki, insanlıqdan daha yetkin bir mədəniyyətdən gəldiyi aşkar şəkildə ortadadır…”

Hazırda alimlər bu siqnalın göndərildiyi yeri dəqiq müəyyənləşdirmək üçün SETİ-nin ABŞ-ın Kaliforniya ştatındakı radioteleskoplarını HD 164595 istiqamətinə çeviriblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar