YAP seçkiyə İlham Əliyevləmi gedir? - CAVAB

YAP seçkiyə İlham Əliyevləmi gedir? – CAVAB
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gün öncə Yeni Azərbaycan Partiyası prezidentliyə namizədinin adını açıqlayıb.

A24.Az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir.

Ölkə başçısı İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı sərəncam imzalaması ağıllarda suallar yaradıb. Görəsən Yeni Azərbaycan Partiyasının namizədi dəyişə bilərmi?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq. Deputat məsələni belə şərh etdi:

“Güman etmirəm ki, YAP-ın namizədi dəyişə bilər. YAP namizədini açıqlayanda seçkilərlə bağlı bəzi məsələləri müzakirə edib. İlham Əliyev neçə ildir ölkəni idarə edir. Hesab edirəm ki, burada hər hansı şəkildə problem yoxdur. YAP-ın namizədi İlham Əliyev olaraq qalacaq. Dəyişiklik etmək mümkün deyil”.

-Əsas namizədlər dən birinin Mehriban Əliyeva olduğu iddia edilir. Sizcə bu doğrudurmu?

“Mehriban Əliyeva YAP-ın birinci müavinidir. Ona görə də, YAP-ın namizədi kimi hansısa formada qeyd olunsaydı, irəli sürülərdi. Mehriban Əliyeva da prezidentliyə layiqli namizədlərdən biridir. Lakin konkret olaraq YAP-ın namizədi İlham Əliyevdirsə, bu dəyişməyəcək”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar