A24 Xeber

Yaponiya alimlərdən daha bir ilk: Əzələ toxumaları olan robot hazırladılar – VİDEO

Yaponiya alimlərdən daha bir ilk: Əzələ toxumaları olan robot hazırladılar – VİDEO
41
01 İyun 2018 - 22:16

Yaponiyada Tokio Universitetinin alimləri canlı siçan skeleti, əzələ toxumaları, metal ilə plastikdən bir çərçivənin istifadə edildiyi bir bio-hibrid robot hazırlayıblar.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, alimlər tərəfindən hazırlanan robot, insan barmağının hərəkətlərini təqlid edə bilir, kiçik şeyləri qaldırma bacarıqlıdır.

Science Robotics jurnalında dərc olunan məqalədə bildirilib ki, Tokio Universitetindən olan alimlər siçan skeleti əzələ toxumları və metalla plastikdən düzəldilmiş bir çərçivənin olduğu bir robot hazırlayıb. İnsan barmağı kimi hərəkət edə bilən robotda, siçan əzələləri yenidən təşkil olunub. Mexaniki barmaq, elektrik cərəyanı veriləndə də büzülür. Barmağındakı oynaq bölgəsi təxminən 90 dərəcə bükülə bilir. Bu da bir çox hərəkəti rahat həyata keçirmək imkanı verilir. Barmaq həmçinin kiçik obyektləri qaldırıb başqa bir yerə də qoya bilir. Digər tərəfdən, robotun hələlik bəzi çatışmazlıqları da var. Robot hazırda yalnız suda hərəkət edə bilir. Yaradılan süni əzələnin ömrü də ən çox bir həftədir.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00