Yaponiyada 60 min nəfərin sürücülük vəsiqəsi ləğv edildi - Bu səbəbə görə

Yaponiyada 60 min nəfərin sürücülük vəsiqəsi ləğv edildi – Bu səbəbə görə
Want create site? Find Free WordPress Themes and plugins.

Yaponiyada təxminən 60 min nəfərin sürücülük vəsiqəsi yaddaş zəifliyi səbəbi ilə ləğv edilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Milli Polis Agentliyindən bildiriblər ki, bu il sürücülük vəsiqəsini dəyişməyə gələn təxminən 2 milyon 106 min sürücünün, yaddaş zəifliyi əlamətləri görülməsi səbəbilə xəstəxanaya müayinə olunmağa göndərildiyi bildirilib.

Səhiyyə testləri sonra, yaddaş zəifliyi müəyyən edilən təxminən 60 min nəfərin sürücülük vəsiqəsinin ləğv edildiyi bildirilib. Açıqlamada, yaddaş zəifliyi əlaməti görünən sürücülərin 75 yaşdan yuxarı olduğu vurğulanıb. Yaponiyada, yaddaş zəifliyi əlamətləri görünən sürücülərin sürücülük vəsiqəsinin yenilənməsi üçün həkimdən sağlamlıq haqda arayış alınmasını nəzərdə tutan qanun çıxarılmışdı. Qanunun çıxarılmasında əsas məqsəd isə, ölkədə baş verən yol qəzalarının böyük hissəsinin yaşlı sürücülərin xətalarından irəli gəlməsi səbəbilə lazım görülmüşdü. Xatırladaq ki, ötən ay 90 yaşlı bir qadın, qırmızı işıqda dayanmayaraq 4 piyadanı vurub. Piyadalardan biri həyatını itirmiş, yaşlı sürücü qadın isə həbs olunmuşdu.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar