Yaponiyada dini sektanın rəhbərləri edam edilib

Yaponiyada dini sektanın rəhbərləri edam edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Yaponiyada “Aum Sinrike” dini sektanın lideri Syöko Asaxara edam edilib.

“A24.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sektanın digər rəhbərləri – Kiyohido Hayakava, Tomomasa Nakaqava, Yosixiro İnoue və başqaları barəsində də çıxarılan edam hökmü icra edilib.

Ümumilikdə, ölümə məhkum olunan 13 şəxsdən 7-si asılaraq edam edildiyi bildirilir.

Qeyd edək ki, 50 minədək davamçı toplamış “Aum Sinrike” radikal dini sekta 1987-ci ildə Syöko Asaxara (əsl adı Tidzuo Matsumoto) tərəfindən yaradılıb.

1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli “zarin” qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda  analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb.

Hadisədən sonra sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar