Yaponiyada güclü zəlzələ: 32 nəfər itkin düşüb, 125 nəfər yaralanıb

Yaponiyada güclü zəlzələ: 32 nəfər itkin düşüb, 125 nəfər yaralanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Yaponiyanın şimalındakı Hokkaido adasındakı 6.7 bal gücündə zəlzələ baş verib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, şiddətli zəlzələdə 2 adam ölüb, 125-i isə yaralanıb.

Yaponın yayım təşkilatları olan NHK və Kyodo agentliyi, ölkənin şimalındakı Hokkaido adasında meşə sahəsində çox sayda torpaq sürüşməsinə səbəb olan zəlzələdə ən azı 2 adamın həyatını itirdiyini, 32 nəfərin itkin düşdüyü və 125 nəfərin yaralandığını bildirib.

Yaponiya Meteorologiya Agentliyi də zəlzələnin daha əvvəl 6.6 bal gücündə olduğunu sonradan isə 6.7 səviyyəsinə çatdığı və Tomakomai şəhərinin şərqində 40 kilometr dərinlikdə meydana gəldiyini qeyd edib. Zəlzələdən sonra Tomari nüvə stansiyasında 3 reaktor fəaliyyətini dayandırıb və təcili vəziyyətlərdə istifadə olunan generatorlara qoşularaq yenidən fəaliyyətini bərpa edib.

Rəsmi şəxslər regiona axtarış xilas etmə işlərinə iştirak etmək üçün 25 min əsgər və digər şəxsi heyətin göndərildiyini bildirib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar