A24 Xeber

Yaponiyada istilər rekord həddə çatdı

Yaponiyada istilər rekord həddə çatdı
31
23 İyul 2018 - 11:55

Yaponiyada rekord istilər qeydə alınıb.

A24.Az xəbər verir ki, Yaponiyada ayın əvvəldən bəri onlarla insanın ölümünə səbəb olan isti hava dalğası eyni təsirlə davam edir.

Yaponiyanın informasiya agentliyi “Kyodo”da yer alan xəbərə görə, Tokionun şimalındakı Kugayama şəhərində 41,1 dərəcə ölçülən temperatur ölkə tarixindəki ən yüksək temperatur olaraq qeydə alınıb.

Temperatur ölkənin mərkəzindəki Nagoya şəhərində 39, paytaxt Tokioda da 37 dərəcəyə qalxıb.

Yaponiyada həftə sonu həddindən artıq istilər səbəbindən 11 nəfər həyatını itirmişdi. Tokioda şənbə günü sanitar maşınlar bir gündə 3099 dəfə çağırılaraq rekord qırmışdı.

Ölkədə ayın əvvəlindən bu yana hədsiz isti hava ilə əlaqədar ən azı 25 nəfərin öldüyü bildirilir.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00