A24 Xeber

Yaponiyadan Rusiya etiraz notası

Yaponiyadan Rusiya etiraz notası
34
06 Avqust 2018 - 15:36

Yaponiya Rusiya hökumətinə etiraz notası göndərib.

A24.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa ənənəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, etiraz notası Rusiya tərəfindən Su-35S qırıcılarının İturup adasında yerləşdirilməsi ilə bağlı göndərilib. Suqa bildirib ki, etiraz notası Moskvadakı Yaponiya səfirliyi vasitəsilə Rusiya XİN-ə təqdim olunub.

Baş katib əlavə edib: “Moskvanın bu hərəkətləri dərin təəssüf doğurur və Yaponiyanın mövqeyinə ziddir”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00