A24 Xeber

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar.

Yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər.

Xəsarət alan Təranə Kərimova, “”KamAZ”ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu”, – deyib. Digər xəsarət alan Aytən Quluzadə isə aldığı xəsarətdən dolayı heç nəyi xatırlamır: “Heç nə bilmirəm. Heç nə görə bilmədim. Yadımdan çıxıb, xatırlamıram”.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov mikroavtobusdakı sərnişinlərin hamısının tələbə olduğunu təsdiq edib:

“SDU-nun avtobusu yoxdur. Bu, marşurut taksisidir. Biz yaralıların hamısı ilə bir-bir görüşdük. Həkimlər onların vəziyyətində narahatedici hal olmadığını bildirdilər”.

“A24.az” ARB TV-yə istinadən videoxəbəri təqdim edir:

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzada yaralanan tələbələr hadisənin necə baş verməsindən danışıblar. Yaralılar çox qorxduqlarını və hadisənin bir anın içində baş verdiyini dilə gətiriblər. Xəsarət alan Təranə Kərimova, “”KamAZ”ın arxasına çırpıldıq. Bir anlıq hər şey qatıb-qarışdı. Ölən və yaralananlar oldu”, – deyib. Digər xəsarət alan Aytən Quluzadə isə aldığı xəsarətdən dolayı […]

Yaralı tələbələr danışdı: “Yadımdan çıxıb, heç nə xatırlamıram” – VİDEO

611