A24 Xeber

Yaranın müalicəsində yeni METOD: Sirkə

Yaranın müalicəsində yeni METOD: Sirkə
58
05 May 2018 - 17:54

Adətən sirkədən yeməklər və konservlər hazırlanmasında istifadə edirlər. Alimlər bu ərzağın istifadəsinin daha bir təyinatını tapıblar.

“The Deccan Chronicle” xəbər verir ki, sirkə turşusunun insan orqanizmi üçün iyirimidən çox patogen mikroorqanizmləri məhv edə biləcəyi məlum olub.

A24.Az “NEWS.ru” saytına istinadla xəbər verir ki, hər bir insanın həyatında zaman-zaman məişət travmaları olur. Məlum olduğu kimi, infeksiyaya məruz qalmış yaralar gec sağalır və sepsis, digər ciddi problemlərə səbəb olur. Yeni tədqiqatlar göstərib ki, sirkə yaranı bakteriyaların mənfi təsirindən qoruya bilər.

Sirkənin bu qoruyucu funksiyası onun tərkibindəki polifenol və melanoidinlərlə izah olunur. Mütəxəssislər qeyd edirlər ki, yaranın müalicəsi üçün sirkədən istifadə etməzdən əvvəl həkimdən məsləhət almaq lazımdır, çünki onun yüksək qatılığı dəriyə zərər verə bilər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00